SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıya elektriklə çalışan 100 ədəd "London taksi"si gətirilib. Bu taksilərin elektriklə çalışmasından əlavə bir çox özəllikləri də var.

Baku.Tv bu taksilərin özəllikləri ilə tanış olub:

6 nəfərlik sərnişindaşıma qabiliyyəti olan bu salonun oturacaqlarının birində xüsusi özəllik var. Belə ki, fiziki qüsurlu şəxslər də həmin bu oturacaq vasitəsilə rahatlıqla taksidən enə bilərlər.

Yeni taksilərdə sərnişinlərlə yanaşı sürücülərin də rahatlığı nəzərdə tutulub. Elə bu özəllikləri gəlin sürücünün özündən öyrənək:

"Yeni "London taksisi"nin rahatlığını özüm idarə edərək birbaşa şahidi oldum və bu, ətraf-mühitə və ekologiyaya ziyanın sıfıra enməsinə səbəb olacaq".

Elektriklə işləyən bu taksilərin cərəyanını xüsusi yanacaqdoldurma məntəqələri ilə yanaşı ev şəraitində də artırmaq mümkündür. Bu taksilər düz 130 km yolu elektriklə çalışır. Daha sonra rejimini dəyişmək mümkündür.

Onu da deyək ki, yeni taksilər artıq bu gündən etibarən hissə-hissə paytaxt sakinlərinin xidmətinə verilib.

BAKU.WS
VİDEO