VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Almaniyada müalicə alan aparıcı Hacı Nuran bayram ərəfəsində bir neçə günlük Bakıya qayıdıb.

BAKU.WS BiG.AZ-a istinadən xəbər verir ki, Hacı Nuran dietoloq Tutu Zeynalovanın Xəzər FM-də yayımlanan "Sən demə" verilişində qonaq olub. Səmimi söhbət zamanı H. Nuran Tutu Zeynalovaya icazə verib ki, efirdə şəxsi nömrəsini bildirsin. Tamaşaçı istəyini, onun üçün dua edən insanların xahişini nəzərə alan Hacı Nuran nömrəsinin efirdə səslənməsində problem olmadığını bildirib. Hacı Nuran "Sən demə" verilişində maraqlı etirafı ilə diqqət çəkib. O bildirib ki, sağalandan sonra evlilik barədə düşünür: "İnşallah Tutu xanım dostlarımızı mənim xeyir işimə yığarsınız. Ailə quranda bütün məni sevənlər orada olacaq".

Qeyd edək ki, aparıcı uzun illərdir xərçəngdən əziyyət çəkir və müalicəsi ilə bağlı Almaniyada qalır. 
 
BAKU.WS