SİZİN REKLAM BURADA!
055 213 76 73


Xüsusi karantin rejiminin sərtləşdirilməsi müddətinin uzadılmasını nəzərə alaraq, 7 iyul 2020-ci il tarixindən etibarən əlavə göstərişədək Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən aşağıdakı elektrik qatarların hərəkəti müvəqqəti olaraq dayandırılır:

Bu barədə BAKU.WS-ə “Azərbaycan Dəmir Yolları”QSC-dən bildirilib.

İyulun 7-də qüvvəyə minəcək cədvəlləri nəzərinizə çatdırırıq:

- Bakıdan 07:38-də yola düşən 6003 Bakı-Xırdalan-Sumqayıt qatarı

- Bakıdan 16:50-də yola düşən 6013 Bakı-Xırdalan-Sumqayıt qatarı

- Bakıdan 18:45-də yola düşən 6617 Bakı-Pirşağı-Sumqayıt qatarı

- Bakıdan 20:25-də yola düşən 6027 Bakı-Xırdalan-Sumqayıt qatarı

- Sumqayıtdan 06:55-də yola düşən 6002 Sumqayıt-Xırdalan-Bakı qatarı

- Sumqayıtdan 08:35-də yola düşən 6010 Sumqayıt-Xırdalan-Bakı qatarı

- Sumqayıtdan 17:30-da yola düşən 6618 Sumqayıt-Pirşağı-Bakı qatarı

- Sumqayıtdan 19:28-də yola düşən 6026 Sumqayıt-Xırdalan-Bakı qatarı

BAKU.WS