Azərbaycanda elektrik sayğacların balansının mobil tətbiqlə artırılması xidməti istifadəyə verilib

Azərbaycanda elektrik sayğaclarının smart-kartlarının balansını "Azərişıq" mobil tətbiqi vasitəsilə artırılması xidməti istifadəyə verilib.
BAKU.WS xəbər verir ki, bunu APA-ya ASC-nin İnformasiya texnologiyaları departamentinin direktoru Qalib Həmidov deyib.
Onun sözlərinə görə, abonentlər bu əməliyyatı smartfonlar üçün nəzərdə tutulan xüsusi kart oxuyucuları vasitəsilə apara biləcəklər: "Yaxın günlərdə abonentlər kart oxuyucularını "ASAN xidmət" mərkəzlərindən əldə edə biləcək. Cihazın qiyməti 20 manat civarında olacaq".
Yeni xidmət yalnız istismarda olan “PoudRaad” şirkətinin sayğaclarının smart-kartlarına şamil olunur.
Oxşar xəbərlər
"Azəriqaz"dan qaz sayğacları ilə bağlı AÇIQLAMA
Bakıda bəzi smart-kart tipli qaz sayğacları mexaniki sayğaclarla dəyişdirilir. BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Azəriqaz" İstehsalat Bir...