VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Novruz bayramı ilə əlaqədar elan edilmiş qeyri-iş günlərində Bakı Beynəlxalq Avtovağzalından umumilikdə 4.481 reyslə 111.736 sərnişin daşınıb.

BAKU.WS xəbər verir ki, bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şəfa Mehmanqızı bildirib.

Onun sözlərinə görə, ən çox sərnişin axını martın 18-dən 22-dək olub. Belə ki, martın 18-də 645 reyslə 19.396, 19-da 746 reyslə 20.870 sərnişin, 20-də 596 reyslə 17.914 sərnişin, 21-də 518 reyslə 14.908, 22-də isə 479 reyslə 10.296 sərnişin daşınıb.

Martın 19-də qeydə alınan sərnişin axını isə bu günədək Avtovağzalın tarixində rekord göstərici hesab edilir.

BAKU.WS