13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT


Bakı şəhəri Sabunçu rayonunun Maştağa-Bilgəh avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncama uyğun olaraq sabahdan etibarən sözügedən avtomobil yolunda "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən tikinti işlərinə start verilir.

BAKU.WS xəbər verir ki, tikinti işlərinə Bilgəh qəsəbəsi, sahilyanı ərazidən Maştağa qəsəbəsi istiqamətinə doğru başlanılır. Tikinti işlərinin aparıldığı ərazilərdə hissə-hissə avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Sürücülərdən tikinti işlərinin başlanmasını nəzərə alaraq öncədən alternativ hərəkət istiqamətləri seçmələri tövsiyə olunur.
 
BAKU.WS