Metropolitendən qatarlarda kondisionerlərin qoşulması ilə bağlı AÇIQLAMA

Metropolitendən qatarlarda kondisionerlərin qoşulması ilə bağlı AÇIQLAMA
Sosial 185

Havaların istiləşməsi ilə bağlı Bakı metropolitenində tədbirlər davam etdirilir.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə açıqlamasında bildirib ki, artıq metroda yeni qatarlarda kondisioner sistemi qoşulub:

"Həmin qatarlarda mikroiqlim nəzarəti sistemi var. Vaqonlardakı kondisionerlər həmin sistemə qoşulu olur. Havanın tempraturuna uyğun olaraq kondisionerlər avtomatik tənzimlənir. Buna da ayrıca nəzarət sistemi var. Yəni, havanın hərarəti necədirsə, kondisionerlər də o şəraitə uyğun işləyir. Hazırda təzə qatarlarda hərarətə uyğun olaraq kondisionerlər qoşulub".

B.Məmmədov bildirib ki, Bakı metropoliteninin stansiyalarında kondisionerli 11 yeni qatar tərkibi sərnişinlərə xidmət göstərir:

"Rusiyadan alınan daha 4 yeni qatar tərkibi də yola salınıb. Həmin qatarlar yaxın vaxtlarda Bakıya gətiriləcək və sınaqdan keçiriləndən sonra sərnişinlərin ixtiyarına veriləcək".

Oxşar xəbərlər

Metro işçilərindən metropoliten rəhbərliyinə sərt və sensasion ittihamlar

Metro işçilərindən metropoliten rəhbərliyinə sərt və sensasion ittihamlar

“Bakı Metropoliteni” QSC-nin bir qrup əməkdaşı “Yeni Müsavat” qəzetinin redaksiyasına gələrək, metropoliten rəhbərliyindən şikayətlərini bildiriblər. Şikayətçil...

3689 Sosial 09:48 12 mart 2019

Son xəbərlər