SİZİN REKLAM BURADA!
055 213 76 73


Koronavirus pandemiyası səbəbindən bu il Həcc ziyarətinin olub-olmayacağı hələ məlum deyil.

BAKU.WS xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Lent.az-a bildirilib ki, Səudiyyə Ərəbistanından bu il Həcc ziyarətinin ləğv olunması ilə bağlı idarəyə heç bir rəsmi məktub daxil olmayıb:

"Hələlik Səudiyyə Ərəbistanının tövsiyəsi ilə Həcc ziyarəti ilə bağlı sənədləşmə işləri dondurulub. Sənəd qəbulu isə rəsmi şəkildə dayandırılmayıb. İstəyənlər sənədlərini təqdim edə bilərlər".

Məlumata görə, karantin rejimindən əvvəl Həcc ziyarətinə getmək üçün 300-dək insan sənəd verib.

Qeyd edək ki, bu il Həcc qiyməti 4 490 dollar müəyyənləşmişdi. Kvota isə 1500 nəzərdə tutulmuşdu. Həcc ziyarətinə gedişlər iyul ayının 20-dən nəzərdə tutulurdu.

BAKU.WS