"Yanacağın satışında məhdudiyyət yoxdur" - “SOCAR Petroleum”dan AÇIQLAMA

30
mar
2020
11:22
“SOCAR Petroleum” QSC-yə məxsus yanacaqdoldurma məntəqələrində bütün yanacaq növlərinin satışı fasiləsiz davam etdirilir.
BAKU.WS xəbər verir ki, bunu “Report”a QSC-nin Mətbuat katibi Üzeyir Həbibbəyli bildirib.
O deyib ki, hər bir istehlakçı əvvəlki qaydada istədiyi miqdarda yanacaq əldə edə bilər:
“Ümumilikdə, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarlara əməl edirik və hazırda heç bir məhdudiyyət yoxdur”.
Qeyd edək ki, sosial şəbəkələrdə şəxsi avtomobillərə benzin satışının həyata keçirilməyəcəyi ilə bağlı məlumatlar yayılıb.
Oxşar xəbərlər
Jurnalistlər "İlin mətbuat xidməti"ni seçdi - SORĞU
Dövlət orqanlarının mətbuat xidmətlərinin yaxşı işləməsi jurnalistlər üçün çox önəmlidir. Mətbuat xidmətlərinin fəaliyyətində operativlik olarsa, bu, təbii ki,...
