SİZİN REKLAM BURADA!
055 213 76 73


Gürcüstan vətəndaşı dünən Azərbaycandan keçməklə İrandan ölkəyə qayıdıb.

BAKU.WS xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.

Məsələ ilə əlaqədar TƏBİB-dən BAKU.WS-ə bildirilib ki, həmin şəxs Gürcüstan sərhədini keçib. Onda koronavirus aşkarlanıb və həmin şəxsi Gürcüstanda xəstəxanaya yerləşdiriblər.

Həmin şəxsin hansı nəqliyyat vasitəsilə Azərbaycana gəldiyini dəqiqləşdirmək üçün Dövlət Avtomobil Nəqliyyatı Xidmətilə əlaqə saxladıq.

Qurumun sektor müdiri Nuridə Allahyarova BAKU.WS-ə bildirib ki, həmin şəxs İrana məxsus mikroavtobusla gəlib.

“Azərbaycanda düşüb, Gürcüstana getməyib. O, birbaşa İrandan gəldiyi mikroavtobusla Azərbaycan-Gürcüstan sərhədində tutulub.

Həmin avtobus bizə məxsus olmayıb və Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin qanuni xətt avtobusu olmayıb və bizimlə heç bir müqaviləsi olmayıb.

Həmin avtobus heç bir qanuni müntəzəm daşımaya məxsus olmayıb”, - deyə Nuridə Allahyarova bildirib.

Qeyd edək ki, xəstəliyə yoluxan Gürcüstan vətəndaşı dünən Azərbaycandan keçməklə İrandan ölkəyə qayıdıb.

Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Məkrəzinin direktoru Amiran Qamkrelidze də bildirib ki, xəstəliyə yoluxan şəxs vətəninə marşrut taksisində qayıdıb. Onun 50 yaşı var. Həmin şəxsin adı açıqlanmasa da, Marneulidə yaşadığı bildirilib.

Qamkrelidze həmin şəxsin Gürcüstan ərazisinə girdiyini də söyləyib: “Azərbaycan-Gürcüstan sərhədində onda xəstəliyin simptomları aşkar edilən kimi təcili yardımla xəstəxanaya çatdırılıb”.

Onun sözlərinə görə, həmin şəxslə bir yerdə gələn şəxslərin bir neçəsi artıq Azərbaycanda xəstəxanaya yerləşdiriliblər.

Ziya SƏCCAD
BAKU.WS