13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
Sosial şəbəkələrdə erməni istifadəçilərinin Xocalı faciəsi ilə bağlı paylaşımları diqqət çəkir. 
 
BAKU.WS-in məlumatına görə, "Musulmane Azerbaycana" səhifəsi erməni gənclərin əsrin ən böyük faciəsini paylaşaraq bunu "bayram" etdiklərini yazıb. Əslində ermənilər bu addımları ilə bir növ Xocalı soyqırımını törətdiklərini şüuraltı qəbul edirlər. 
 
Bütün dünyaya ermənilərin yazıq və məzlum bir xalq olduğunu göstərməyə çalışan Ermənistan hakimiyyəti görünür törətdiyi qanlı qırğınları öz millətinə qəhrəmanlıq kimi təlqin edir. Yüzlərlə insanı amansızcasına qətlə yetirən, uşaqların gözünü çıxaran, qadınları zorlayan ermənilər indi bu əməllərini el-aləmə car çəkərək "fəxr" edirlər.
 
Xocalı soyqırımına olan münasibət erməni xalqının xislətini, onların azərbaycanlılara olan düşmən münasibətini bir daha təsdiq edir. Dövlət büdcəsi ABŞ-dakı qumarxanaların, porno ulduzların hesabına dolan Ermənistanda elə sıravi vətəndaşın da Xocalı faciəsini "bayram" etməsi təəccüblə qarşılanmamalıdır.
 
Ermənilərin törətdiyi Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşüb.  
 
Şahin Həbibov
BAKU.WS