8 universitetlə bağlı Təhsil Nazirliyinə təqdimat göndərilib
Təsdiq olunmuş akkreditasiya qrafikinə uyğun olaraq 2016-cı ildə bəzi ali təhsil müəssisələrində akkreditasiyalar həyata keçirilib.
BAKU.WS xəbər verir ki, Təhsil Nazirliyindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, akkreditasiyası yekunlaşan səkkiz ali təhsil müəssisəsi barədə Akkreditasiya Komissiyası sədrlərinin təqdim etdikləri yekun arayışlara baxılıb və onların Akkreditasiya Şurasının müzakirəsinə çıxarılması ilə bağlı Təhsil Nazirliyinə təqdimat göndərilib.
2016-cı ilin noyabr və dekabr aylarında keçirilən akkreditasiyalarla bağlı Akkreditasiya Komissiyası tərəfindən təqdim edilən yekun hesabatlar təhlil edilib və bununla bağlı təkliflərin yaxın zamanda Akkreditasiya Şurasına göndərilməsi planlaşdırılır.
Bundan başqa, "2016-2017-ci tədris ilində təhsil müəssisələrinin akkreditasiyası qrafiki” nə uyğun olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin 20.09.2016-cı il tarixli, 06 nömrəli əmri ilə akkreditasiya müddəti bitmiş Bakı Biznes Universiteti və 22.09.2016-cı il tarixli, 08 nömrəli əmri ilə isə Naxçıvan Universitetinin akkreditasiyası keçirilib. Bakı Biznes Universitetinin yekun arayışına baxılıb və onun Akkreditasiya Şurasının müzakirəsinə çıxarılması ilə bağlı Təhsil Nazirliyinə təqdimat göndərilmişdir. Naxçıvan Universitetinin yekun arayışının Akkreditasiya Şurasının müzakirəsinə çıxarılması üçün təqdimat hazırlanmaqdadır.
Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsindən bildirilib ki, qüvvədə olan Akkreditasiya Qaydaları və "Təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu müəyyənləşdirən meyarlar”a əsasən akkreditasiyadan keçməyən ixtisaslarda müəyyən edilmiş nöqsanları aradan qaldırmaq üçün 1 il vaxt verilir. 2016-cı ildə keçirilmiş akkreditasiyalar zamanı nöqsanları aşkar edilmiş ixtisaslardan kadr hazırlığı dayandırılanlar olmayıb.
BAKU.WS
Oxşar xəbərlər
Təqaüd ala bilməyən tələbələrə ŞAD XƏBƏR
"Dövlət sifarişi ilə ali təhsil və digər müəssisələrdə kadr hazırlığı xərcləri, o cümlədən təqaüd xərclərinin ali məktəblərin hesabına köçürülməsi aprelin 5-də...