VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Bakı-Sumqayıt yolunun qiyməti hər kilometr üçün 778 min manat hesablanıb”.

BAKU.WS xəbər verir ki, bu sözləri Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hazırda 7-8 km hissədə genişləndirmə və təmir işləri nəzərdə tutulur.

Saleh Məmmədovun sözlərinə görə, mayın sonuna qədər işlərin tamamlanması nəzərdə tutulur:

"Artıq işlərə başlanılıb. Yolun genişləndirilməsinə mane olan yaşıllıqlar başqa əraziyə köçürülüb. Yeraltı süni qurğuların köçürülməsi də aparılır. Mayın sonuna qədər işlərin tamamlanması nəzərdə tutulur.

Fərid ƏDALƏT
BAKU.WS