Evə sərxoş gələn Mirnəsib arvadını bıçaqladı - Təfərrüat
Gəncədə həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən Mirnəsib Yusifovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxsə hökm oxunub, o, 3 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Mirnəsib Yusifov tez-tez evə sərxoş vəziyyətdə gəlib və həyat yoldaşı Bəsti Yusifova ilə mübahisələri olub. O, Bəstinin bir neçə dəfə telefonunun kodunu dəyişdiyini görüb və bunu ona irad tutub, "TikTok" sosial şəbəkəsindən istifadə etməməsini tapşırıb. Bəsti isə onun bu tələblərinə məhəl qoymayıb.
Bir neçə gün sonra Mirnəsib yenidən içkili vəziyyətdə evə gələrək, Bəsti ilə mübahisə edib. Qadın ərinə onun hərəkətlərindən bezdiyini bildirib. Bu vaxt Mirnəsib mətbəx bıçağı ilə Bəstiyə iki zərbə endirib. O, daha sonra hadisə yerindən uzaqlaşıb.
Bəsti Yusifova xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə M.Yusifov saxlanılaraq istintaqa təhvil verilib.
Oxşar xəbərlər
Ötən gün axtarışda olan 114 nəfər saxlanılıb
Azərbaycanda sentyabrın 11-də axtarışda olduğuna görə ümumilikdə 114, o cümlədən borclu şəxs qismində axtarışda olan 85 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil...