İsveç hökuməti könüllü qayıdan miqrantlara 37000 dollar təklif edir
Yeniliklərdən dərhal xəbərdar olun
İsveç hökuməti miqrasiya axınını azaltmaq strategiyası çərçivəsində Avropa İttifaqına (Aİ) daxil olmayan ölkələrdən gələn və ölkəni könüllü tərk etməyə razılaşan xarici vətəndaşlara adambaşına təxminən 37000 dollar məbləğində maliyyə dəstəyi verməyə başlayıb.
BAKU.WS xəbər verir ki, yaxınlaşan ümumi seçkilər ərəfəsində icrasına başlanılan bu təşəbbüsə maraq hələlik gözləniləndən aşağıdır.
10,6 milyon nəfərlik əhalisinin təxminən 2 milyonu xarici mənşəli olan ölkədə indiyədək cəmi 171 nəfər bu ödənişi alaraq İsveçdən ayrılmağa razılıq verib.
Hökumət təkcə maliyyə həvəsləndirməsi ilə kifayətlənməyərək miqrasiya qanunvericiliyini də ciddi şəkildə sərtləşdirir.
Daimi yaşayış icazəsi ləğv olunub və icazələrin hər üç ildən bir yenilənməsi tələbi qoyulub.
Avqustdan etibarən vətəndaşlıq almaq istəyənlər üçün ilk dəfə olaraq xüsusi imtahan sistemi tətbiq olunmağa başlayıb.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...