Təhsil eksperti Elçin Əfəndi 10 yaşlı Nərminin ölümündə Xoşqədəm Hidayətqızını günahlandırıb.

BAKU.WS xəbər verir ki, o, fikirlərini sosial şəbəkədə paylaşıb: 

“Nərminin öldürülüməsində Xoşqədəm Hidayətqızı da günahkardır. İndi ağlayıb maskalanmaq lazım deyil. Əgər efirə çıxarılmasaydı, bu mövzu ilə birbaşa hüquq-mühafizə orqanları məşğul olsaydı, daha doğru olardı. Amma Xoşqədəm hər gün efirdən bu mövzunu işıqlandırıb özünə reytinq yığırdı. Xoşqədəm axırda da deyir, mən bilirdim ki, Nərmin həyatda deyil, amma yenə də ümid edirdim. Sual yaranır: Haradan bilirdin? Axı istintaq deyir ki, mərhum 5 gün əvvələdək sağ imiş. Efirlərdən bu və bu kimi verilişlər yığışdırılmalıdır".

Xatırladaq ki, 2019-cu ilin noyabrın 21-də Tovuz rayonunun Dondar Quşçu kəndində itkin düşən 2010-cu il təvəllüdlü Nərmin Şərif qızı Quliyevanın meyti elə həmin kəndin ərazisindəki boş sahədə yandırılmış halda aşkarlanıb. 10 yaşlı qızın başından aldığı küt alətlə vurulan zərbədən öldüyü müəyyən edilib. Qızın kəllə sümüyündə 5 sınıq aşkarlanıb. Cinayətin digər təfərrüatları da məlum olub. Belə ki, Nərmin ayyarım əvvəl itkin düşdüyü paltarda tapılıb. O da müəyyənləşib ki, uşağı meyiti kənd ərazisində saxlanılırmış. Ehtimal edilir ki, Nərmin bu müddət ərzində zirzəmidə saxlanılıb. Kriminalistlər Nərminin yandırıldığı yerə yaxın ərazidə avtomobil təkəri izlərinə rast gəlməyiblər. 

Ehtimal edilir ki, qızın meyitini arabada gətiriblər. Cinayətkar qızın meyitini polietilen torbada hadisə yerinə gətirib və orada yandırıb.

Nərminin dırnaqları tutulmuş olub. Operativ istintaq əməliyyat qrupu bu qənaətə gəlib ki, bunu qatil edib. Bunu o səbəbdən edib ki, qurbanı ona cinsi zorakılıq zamanı müqavimət göstərərək, xəsarət yetirməsin. Qızın meyiti qurşaqdan aşağı yanmış olub.

Faktla bağlı Tovuz rayon Prokurorluğundan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır. Hadisənin kim tərəfindən törədildiyi hələlik məlum deyil.

BAKU.WS