SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 "Texnikabank" ASC-nin "Muğanbank" ASC və "Rabitə Bank" ASC-yə yönəldilmiş qorunan əmanətçiləri kompensasiyaların alınması üçün bu gündən adları qeyd olunan iki agent banka ərizə ilə müraciət edə bilərlər.

Əmanətlərin Sığortalanması Fondundan BAKU.WS-ə bildiriblər ki, sığorta hadisəsi baş vermiş "Texnikabank" ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna fevralın 12-dən agent bankların filiallarında başlanılıb.

Ərizə formalarını qorunan əmanətçilər Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Bülbül prospekti 40 ünvanında yerləşən ofisindən, sığorta hadisəsi baş vermiş "Texnikabank" ASC-nin filiallarından, agent bankların filiallarından və www.adif.az saytından əldə edə bilər.

Sığorta hadisəsinə görə Fond tərəfindən hər bir qorunan əmanətçiyə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.

BAKU.WS