Yanan binadan uşağı xilas edən FHN işçisi: "Ağlayırdı, qorxmuşdu" - FOTO

15
noy
2019
09:57
Bu gecə Xətai rayonunda Neapol küçəsi 16 ünvanında çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı xilasedicilər baş verəcək böyük faciənin qarşısını alıblar.BAKU.WS xəbər verir ki, xilasedicilər bina sakinlərini ölümdən xilas edərək təhlükə ərazisindən təxliyə ediblər. Fotoqraf Famil Mahmudbəylinin hadisə yerindən çəkdiyi fotolar sosial şəbəkələrdə yayılıb.Fotolardan birində əks olunan xilasedici Mürsəl Rüstəmovla əlaqə saxladıq.O BAKU.WS-ə açıqlamasında bildirib ki, uşağı xilas edərkən valideynləri huşsuz idi.
“Həmin uşağı 12-ci mərtəbədən xilas etmişəm. Valideynləri huşsuz idi. Uşaq ağlayırdı, qorxmuşdu”, - deyə Mürsəl Rüstəmov bildirib.

Qalereya
Oxşar xəbərlər
Bakıda 18 mərtəbəli binada güclü yanğın - 10 nəfər zəhərləndi - VİDEO - YENİLƏNİB
Səhiyyə Nazirliyi Xətai rayonunda Neapol küçəsi 16 ünvanında çoxmərtəbəli yaşayış binasında baş verən yanğında zəhərlənən şəxslərlə bağlı məlumat yayıb. BAKU.WS...