Vergilər Nazirliyi əməkdaşları uşağı belə xilas etdilər - VİDEO

Vergilər Nazirliyi əməkdaşları uşağı belə xilas etdilər - VİDEO
Video
Hadisə 1048
Dünən axşam 22:30 radələrində Azərbaycan Vergilər Nazirliyi departamentinin binası yanında insident baş verib. Nazirlik əməkdaşlarının müdaxiləsi böyük bir faciənin qarşısını alıb.BAKU.WS media.az-a istinadən xəbər verir ki, mühafizəçi Şahin Cəlilov və növbə rəisi Rövlan Bəxtiyarov kondsioner lyuk sisteminə düşən oğlan uşağını xilas ediblər.Məlum olub ki, 5-6 yaşlı uşaq anası ilə gəzintiyə çıxarkən kondisioner sistemi trubasının üzərindəki məhəccərə tullanmaq istəyib. Nəticədə şəbəkə qırılıb və uşaq 3.60 metr dərinliyi olan borunun içinə düşüb.Özünü itirən ana Departamentin qapılarına qaçıb və kömək istəyib. Vəziyyəti düzgün dəyərləndirən adı yuxarıda qeyd edilən əməkdaşlar şərf və kəndirin köməyi ilə uşağı borudan çıxararaq xilas ediblər. Uşağın və anasının adı bilinmir. Çünki uşaq xilas edildikdən sonra onlar ərazini tələsik tərk ediblər.

Son xəbərlər