4 yaşlı qızı xilas edən Dəyanət: “Qızın suda çapaladığını gördüm" - VİDEO
07
iyn
2019
11:13
Xəbər verdiyimiz kimi, Quba rayon Cimi kəndinin VI sinif şagirdi Dəyanət İsrafilovun həmkəndlisi 4 yaşlı Qızbikəni çayda boğulmaqdan xilas etməsi böyük maraqla qarşılanıb.BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, İsrafilov hadisə baş verən zaman çaya balıq tutmağa getdiyini deyib:“Bu zaman balaca bir qızın suda çapaladığını gördüm. Onu sudan çıxartdım. Nənəsi dedi ki, yanında oğlan uşağı da olub. Həmin uşağı da yolun kənarından tapdılar. Qızın barmaqları göyərmişdi, yanaqları isə şişmişdi”.Videoda Dəyanətlə yanaşı anası Balaxanım İsrafilova da sevincini bölüşüb.
Oxşar xəbərlər
Azyaşlını ölümdən qurtaran 12 yaşlı qəhrəman – FOTO
Qubada çayda boğulma təhlükəsi ilə üzləşən azyaşlını xilas edən 12 yaşlı məktəbli mükafatlandırılıb.Hadisə may ayının 22-də rayonun Cimi kəndində baş verib. Çay...