Yevlaxda polis özünü Kürdə batırmaq istəyən qızı xilas etdi
07
mar
2018
20:19
Yevlax şəhəri ərazisindəki körpüdə xidmət aparan Rayon Mühafizə Polisinin əməkdaşı Tahir Rüstəmov bir nəfər qızı xilas edib.BAKU.WS DİN-ə istinadən xəbər verir ki, Tahir Rüstəmov Kür çayının sahilində, xidmət apardığı körpüdə ətrafı nəzərdən keçirərkən bir nəfər gənc qızın suya atıldığını görüb. Polis əməkdaşı özünü itirmədən çevik davranaraq gənc qızı sudan təhlükəsiz yerə çıxarıb, onun həyatını xilas edib.Araşdırmalarla həmin qızın Yevlax rayon sakini B.A. olduğu məlum olub.Faktla bağlı araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Yevlaxda 17 yaşlı nişanlı qız intihara cəhd edib
Yevlax şəhərində özünü körpüdən kür çayına atan nişanlı qızın intihara cəhd etməsinin səbəbi məlum olub.BAKU.WS Report-a istinadən xəbər verir ki, Yevlax şəhər...