13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 

Bakı Metropoliteninin "Yeni Bənövşəyi” xəttinin hazırda tikintisinin son mərhələsi aparılan "Avtovağzal” və şərti adı "Memar Əcəmi-2” olan stansiyalarında quraşdırma işləri sürətlə davam etdirilir.

"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, yeni xətlərdə ən müasir texnologiyalar istifadə olunmaqla, yeni dövrün idarəetmə və tənzimlənmə sistemləri tətbiq ediləcək.

Elektrik təchizatçıları artıq quraşdırma işlərini tam başa çatdırıblar. Bu isə yeni stansiyalarda qızmar iş dövrünün başlandığını göstərir. Ötən müddət ərzində müxtəlif gərginlikli transformatorlar, paylayıcı qurğular, düzləndirici aqreqatlar, akkumulyatorlar stansiyaya tam həcmdə yerləşdirilərək, istismar tələblərinə uyğun quraşdırılıb.

Növbəti mərhələdə buraxılış-sazlama aparılır. Uğurlu sınaqlardan sonra "Avtovağzal” stansiyasına elektrik yarımstansiyasından gərginliyin verilməsinə başlanılıb. 380 və 220 voltluq gərginliklər tam həcmdə təmin edildiyindən işıqlanma, qaldırıcı və santexniki qurğulara gərginlik elektrik yarımstansiyasından verilir. Akkumulyator sahəsində işlər yekunlaşdırılıb. Artıq dartı sahəsi üzrə transformatorların sınaqları da uğurla başa çatdırılıb. Yarımstansiyanın tam istismar dövrünə az müddət qalıb.

Ziya Babayev

BAKU.WS