700 bal yığan abituriyent: "Vaxtım çox idi, gecələr Çempionlar liqasına da baxırdım"
Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 22-də keçirilən qəbul imtahanında I ixtisas qrupu üzrə maksimum nəticə göstərən Qabil Əliyev möhtəşəm uğurundan danışıb.
BAKU.WS-ə danışan Q.Əliyev, bildirib ki, özəl kurslara və ya əlavə bunker müəllim yanına getməyib.
"Məktəbdə də çox yaxşı oxumuşam. Dərslərimi həmişə vaxtı vaxtında oxumuşam. Dərsimi oxuyub dostlarımla görüşmüşəm. Özəl kruslara və ya əlavə müəllim yanına getməmişəm, sadəcə öz məktəb müəllimlərimlə hazırlaşmışam. Vaxtım daha çox olurdu. Birinci imtahandan da 700 bal gözləyirdim. Lakin 680 bal toplamışdım. Sənədlərimi "Bakı Ali Neft Məktəbi”nin proseslərin avtomatlaşdırılması fakültəsinə verəcəm. Həmçinin Türkiyədəki burslara da sənədimi göndərmişəm”.
700 bal toplayan Qabil futbol üzrə Çempionlar Liqasının oyunlarına gecə başlamasına baxmayaraq baxdığını deyib:
"Valideynlərim heç vaxt təzyiq etməyib. Onlar bilirdilər ki, mən universitetə qəbul olacam. Ola bilsin 700 yığacağım sürpriz oldu. Çempionlar Liqasının oyunlarına da baxırdım".
Maksimum nəticə göstərən azərbaycanlı abiturient gələcəkdə Türkiyə və ya Almaniyada çalışacağını deyir.
Qeyd edək ki, Qabil Əliyev Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunudur.
Tuncay
BAKU.WS
Oxşar xəbərlər
Abituriyentlərə pis xəbər: Pulsuz ixtisaslarda ballar kəskin artacaq
Xəbər verdiyimiz kimi, bu il keçirilən qəbul imtahanlarının ilk mərhələsində bütün qruplar üzrə 10 abituriyent yüksək nəticə göstərərək 700 bal toplayıb. Belə...