Daşkəsəndə görünməmiş VƏHŞİLİK - Öldürüb, dirəkdən asdılar - FOTOLAR

29
avq
2019
10:54
Daşkəsən rayonunun Xoşbulaq kəndində yaşanan qeyri-insani hərəkət sakinlərin və turistlərin narazılığına səbəb olub.BAKU.WS modern.az-a stinadən xəbər verir ki, kənd sakinlərindən biri sağlam ana at və balasını işgəncə verərək öldürüb və yaşayış evlərindən təxminən 150 metr məsafədə quraşdırdığı dirəkdən asıb.Həmin şəxsin məqsədi leş iyinə gələn canavarları ov tüfəngi ilə vurmaq və onun dişini və dərisini satmaqdır. Bildirilir ki, qanunsuz ovla məşğul olan Xoşbulaq sakini öldürdüyü canavarın dişini 200 manata satır.Bildirilir ki, hələ mart ayından həmin yerdən asılan atların - leş iyindən kənddə yaşamaq olmur. Xoşbulaq sakinlərindən biri kəndə gələn turistlərə bildirib ki, bu "canavar ovçusu"na kənddə "gözün üstə qaşın var" deyən yoxdur. "Bu oğlan kənddə "at oynadır". Əlində silah gəzir. Hamı ondan qorxur. Atların leşi üfunət iyi verir, iydən boğuluruq. Kəndə infeksiya yayılır. Atların leşini ordan götürmür ki, noyabrda canavarlar yenə leş iyinə gələcək, bu da onları öldürüb dişini, dərisini, yağını satacaq. Dərdimizi heç kimə deyə bilmirik", - deyə Xoşbulaq sakinlərindən biri deyib.Qeyd edək ki, Daşkəsəndə olan turistlərdən biri sözügedən mənzərəni fotolentə alaraq redaksiyamıza göndərib.Ümid edirik ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də Daşkəsənin hüquq-mühafizə orqanları məsələylə bağlı hüquqi ölçü götürəcək və təbiət düşməni layiqli cəzasına çatdırılacaq.
Qalereya
Oxşar xəbərlər
Qonşu qızla oğlan intihar etdi – Azərbaycanda faciə
Ötən gün axşam saatlarında Bərdənin Qasımbəyli kəndində iki gənc intihar edib.BAKU.WS "qafqazinfo"ya istinadən xəbər verir ki, kənd sakini, 1990-cı il təvəllüdl...
