VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bakı-2015-də qeybə çəkilən dilənçilər yenidən paytaxtda, əsasən də Bakı metrosunda peyda olublar. Dünən işdən evə yorğun gedərkən bir mənzərə diqqətimi çəkdi. Metronun "Qara Qarayev” stansiyası ilə "Koroğlu” stansiyası arasında cavan bir kişi dilənirdi. Sol qolunu tənziflə bağlamışdı və əlini burub saxlamışdı. İlk bağışdan əlinin şikəst olduğu görünürdü. Elə əyilmişdi ki, sanki qarşısındakına təzim edir.

Qatarda oturanların demək olar ki, çoxundan pul almağı bacaran "qəhrəman”ımız düşərkən qəddi-qamətini düzəltdi və özünü şux tutub düşdü. Həmin an diqqətimi başqa bir məqam çəkdi. Mənimlə üzbəüz oturan yaşlı qadın isə ona pul verdikdən sonra halı dəyişdi. Sərnişinlər qadına yardım etdilər və onu birtəhər düşürdülər.


Maraqlıdır ki, əvvəllər Bakı metropoliteni dilənçilərlə işğal olunmuşdu. Lakin sonradan bütün dilənçilərə metroya giriş qadağan edildi. Lakin son günlər yenə də dilənçilər Bakı metropoliteninə dadanıblar.

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev BAKU.WS-ə bildirib ki, onlarla mübarizə aparmaq çox çətindir: "Bizim əməkdaşlar onları görən kimi metrodan çıxarırlar. Lakin dilənçilərə nəzarət sırf polisin işidir. Polis və metro işçilərilə bərabər vətəndaşlar da dilənçilərlə mübarizə aparmalıdır. Onlara pul verməsələr, dilənməzlər”.

Elə Bakı metro polisindən də BAKU.WS-ə münasibət bildirərkən dedilər ki, dilənçilərlə mübarizə aparmaq çətindir. Onunla əsas mübarizəni vətəndaşalrın özləri aparmalıdır.

"Dilənçiyə pul verilməməlidir. Bir də görürsən ki, biri 10 yaşında uşağı salıb yanına. Yalandan da həkimdən kağız alıb. Kağızda isə uşağın 5 yaşı gstərilir. Biz qovuruq, amma sonradan gözdən yayınıb yenidən girirlər metroya. Elə paltarlarını da metronun içində dəyişirlər”, - deyə metro polisindən bildirdilər.

BAKU.WS dünən metroda dilənən kiinin videogörüntüsünü təqdim edir:

Ziya Səccad
BAKU.WS