SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 

 
"Hal-hazırda respublikanın avtomobil yollarında nəqliyyat vasitələrinin hərəkətində hər-hansı bir problem müşahidə olunmur".
 
Bu barədə "Azəryolservis” ASC-dən BAKU.WS-ə verilən məlumatda deyilir. Qurumdan bildirilir ki, qar yağan ərazilərdə tədbirlər görülür, buz bağlamış sahələrə duz, qum səpilərək hərəkət təmin olunur.
 
Bakı şəhərində "Azəryolservis” ASC-nin balansında olan yollarda da heç bir problem yoxdur, hərəkət normaldır. Texnikalar, maşın-mexanizmlər hazır vəziyyətdədir, kifayət qədər duz-qum ehtiyyatı var.
 
Sürücülərimiz də müşahidə olunan qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar hazır olmalıdır. Əgər avtomobil texniki cəhətdən nasazdırsa və sürücü təcrübəsizdirsə xahiş olunur ki, nəqliyyat vasitələrindən mümkün qədər istifadə edilməsin. Qarlı-şaxtalı havada yola çıxarkən mütləq şəkildə avtomobillərin şinləri ən azından qış üçün nəzərdə tutulmuş olmalıdır. Əks təqdirdə həmin nəqliyyat vasitələrinin hərəkətində problem yaranacağı qaçılmazdır.
 
Vətəndaşlardan yollarda hərəkətlə bağlı yaranan hər-hansı bir problemlə əlaqədar olaraq "Azəryolservis” ASC-nin "qaynar xətt”i olan (012) 599-79-75 nömrəli telefona zəng etmələri xahiş olunur.
 
BAKU.WS