Prezident İlham Əliyev "Sosial müavinətlərin məbləğinin artırılması haqqında" fərman verib.
BAKU.WS-in məlumatına görə, fərmanda deyilir:
""Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 916; 2014, № 3, maddə 251) ilə müəyyən edilmiş sosial müavinətlərin məbləği 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılsın".
Prezident Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etməyi tapşırıb.
BAKU.WS