SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Hyundai brendi tam yeni Hyundai Tucson modelinin ölkə premyerasını keçirib. Bu ilin martında Cenevrədə avtomobil həvəskarlarının "mühakiməsinə” təqdim olunan yenilənmiş modeli Azərbaycanda ilk dəfə Caspian Motor Show-2015 çərçivəsində görmək mümkün olub. Brend Caspian Motor Show-nun Azərbaycan avtomobil bazarında nüfuzunu nəzərə alaraq bu addımı atıb.

Yaxın vaxtlarda satış salonlarına da çıxacaq Hyundai Tucson-u Azərbaycan avtomobilsevərləri yüksək qiymətləndirib və avtomobil "İlin krossoveri” nominasiyasında Qızıl Çarx mükafatına layiq görülüb.
 
Hyundai Tucson tamamilə yeni platformada qurulub. Avtomobil sərnişinlər üçün optimal geniş kabinəyə və 513 litrlik yük yerinə malikdir. Yumşaq, yüksək keyfiyyətli materiallar salonun görünüşündən, erqonomik tərtibat isə rahatlıqdan həzz almaq imkanı verir. Yenilənmiş şassi avtomobildə, xüsusilə bizim – azərbaycanlı sürücülərin qiymətləndirdiyi  yumşaqlığını təmin edir.
 
Tam yeni Hyundai Tucson, GenesisSonata modellərindən sonra Hyundai-ın fluidic sculpture (axıcı memarlıq) 2.0 dizayn konsepsiyası ilə tamamilə yenilənən növbəti modelidir. Kuzovun yeni dizaynı sayəsində avtomobilin eksteryeri aerodinamik və daha cəzbedici olub.

Tam yeni Tucson seqmentinin ən təhlükəsiz avtomobili sayıla bilər. Bunun üçün avtomobil Avtonom Fövqəladə Əyləc sistemi, Hərəkət zolağının tərk etmə barədə xəbərdarlıq sistemi, Toqquşmadan Xəbərdarlıq, ölü zonanın xəbərdarlıq siqnalı, Sürətin Məhdudlaşdırılması barədə məlumat funksiyası, piyada təhlükəsizliyi üçün ön bamper yastığı kimi üst seqmentlərin təqdim etdiyi yüksək texnoloji təhlükəsizlik sistemləri ilə təmin olunub.
 
Hyundai Tucson da Azərbaycan bazarına zavod istehsallı naviqasiya sistemi ilə buraxılacaq. Avtomobil sentyabrdan bütün rəsmi dilerlərdə satışa təqdim ediləcək. Hyundai brendini Azərbaycanda 20 illik peşəkar distribüter fəaliyyəti və yüksək servis xidməti ilə ölkənin avtomobil bazarının liderinə çevrilmiş Auto Azərbaycan şirkəti təmsil edir.  
 
Qeyd edək ki, Qızıl Çarx mükafatı 2003-cü ildə Azərbaycan Avtomobil Dilerləri Assossiasiyası və "Autograph” jurnalı tərəfindən təsis olunub. Hər il 10 nominasiya üzrə təqdim edilən mükafatın nominantlarını dilerlər, avtomobil jurnalistləri və avtomobil həvəskarlarından ibarət jüri seçir. "Qalibi müəyyən edərkən verdiyimiz bütün tələblər Hyundai Tucson-da yüksək səviyyədə əksini tapıb. Müasir, gözoxşayan dizayn, innovativ texnologiyalar, komfort, təhcizat, dinamika, hərəkət xarakteristikaları, təhlükəsizlik kimi xüsusiyyətlərlə yanaşı, avtomobil ekoloji göstəriciləri ilə də rəqiblərini önləyir. Xüsusi vurğulamaq istədiyimiz cəhət isə Hyundai Tucson-un təqdim etdiyi yüksək keyfiyyətin çox münasib qiymətə olmasıdır” – bunu AADA-nın prezidenti Natiq Zərbəliyev mükafatı təqdim edərkən bildirib.