SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Dolların manata nisbətən kəskin artması ölkədə bir çox məhsulların qiymətini kəllə-çarxa qaldırdı.

BAKU.WS
-in məlumatına görə, paytaxtda əsas topdansatış məhsulların qiyməti bahalaşdığı üçün əksər dükan və mağazalarda da artım müşahidə olunur.

Müşahidələrimiz zamanı gördük ki, əksər topdansatış məntəqələrində siqaret satışı dayandırılıb. Satıcılar bunu yanvar ayında siqaretin qiymətinin 2 dəfədən artıq bahalaşacağı ilə əlaqələndirirlər. Bildirilir ki, yanvar ayının sonlarında siqaretlərin qiyməti yenidən 2 dəfəyə yaxın bahalaşacaq. 

 


  

Bundan başqa, çay və pampers kimi məhsullar da topdansatış məntəqələrində az tapılan məhsullardan sayılır. Satıcılar bildirirlər ki, bu məhsulların da yenidən bahalaşacağı bildirilir.
 

 
Topdansatışla məşğul olan sahibkarlar BAKU.WS-ə bildiriblər ki, xaricdən gətirilən məhsullarla yanaşı, yerli malların qiymətində də xeyli artım olub. Onlar bunu yerli firmaların məhsulu istehsal edərkən sərf olunan xərclərin dollarla hesablanması ilə əlaqələndiriblər.
 

 

Bildirilir ki, firmalar məhsul istehsal etmək üçün lazım olan kağız, boya, karton, sellofan və s. xaricdən gətirilir. İstehsalat üçün lazım olan avadanlıqlar da xaricdən gətirilir. Buna görə də, yerli firmalar qiymətləri bahalaşdırmağa məcburdir.

 

Qiymətlərin kəllə-çarxa çıxmasına baxmayaraq topdansatış məntəqələrində alıcıların sayı çox idi. Alıcılar acgözlüklə mal almalarını yenidən bahalıq olacaqları ilə izah edirdilər.

Qeyd edək ki, İqtisadiyyat və Sənaye Nazirliyindən istehlak bazarında süni qiymət artımının olmadığı bildirib. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, bununla əlaqədar nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında məzənnə dəyişikliyilə bağlı olmayan qiymət artımı, süni mal qıtlığı və digər sui-istifadə hallarının qarşısının alınması üçün nəzarət tədbirləri gücləndirilib. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib ki, dövlət bütün zəruri tədbirləri görəcək ki, qiymətlərin süni şəkildə qaldırılmasının qarşısı alınsın.  

 

 

"Dövlət bütün zəruri tədbirləri görəcək ki, qiymətlərin süni şəkildə qaldırılmasının qarşısı alınsın. Təbii ki, manatın devalvasiyaya uğraması idxaldan asılı olan məhsulların qiymətinə təsir edir və onların qiyməti artacaq. Lakin biz bu prosesə nəzarət edəcəyik. Süni şəkildə, devalvasiyadan asılı olmayan səbəbdən qiymət artımının qarşısı alınacaq", - deyə Ş. Mustafayev bildirib.

Xatırladaq ki, dolların manata nisbətən 50 faiz bahalaşmamasından əvvəl ərzaq məhsulları bahalaşmışdı. BAKU.WS olaraq o zaman "Ərzaq məhsullarının qiymətində böyük bahalaşma", adlı yazımızda bu barədə məlumat vermişdik.

 

 

 


Dekabrın 21-də manatın dollara nisbətən 50 faiz ucuzlaşması səbəbindən ölkədə bir çox ərzaq məhsullarının qiyməti yenidən bahalaşıb. BAKU.WS bu barədə də "Mağazalarda qiyməti bahalaşmayan ərzaq qalmadı" adlı yazısında məlumat vermişdi. 

 

 


Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 21-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, dolların rəsmi məzənnəsi dəyişməyib 1,5500 manat (17 dekabr - 1,0499) manat təşkil edib. Manata nəzərən avronun kursu isə 1,16850 (17 dekabr - 1,1394) manat olub.

Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi. 01.01.2006-cı il tarixində Azərbaycan manatının

5000:1 nisbətində denominasiyası (köhnə pul nişanlarının qəbul edilmiş nisbət qaydasında yenisi ilə əvəz edilməsi, pul tədavülünün qaydaya salınması və hesablaşmaların asanlaşdırılması məqsədilə milli pul vahidinin miqyas dəyişikliyidir. Buna sadə dillə "sıfırların silinməsi” də deyilir) həyata keçirilib.

Ziya Babayev
BAKU.WS