Quba rayonunun ən qədim və ən hündür kəndlərindən biri - Qrıza səyahət
Baku TV-nin "Kəndinə qayıt" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişin budəfəki buraxılışında Quba rayonunun ən qədim və ən hündür kəndlərindən birinə - Qrıza səyahət edilib. Qrız kəndi rayonun şimal-qərb hissəsində, Şahdağ silsiləsinin ətəklərində, dəniz səviyyəsindən 2000-2050 metr yüksəklikdə yerləşir.
Coğrafi mövqeyinə görə kənd sərt dağlıq ərazidə yerləşdiyi üçün burada hava sərin və rütubətli olur. Verilişdə qeyd olunub ki, kəndin əsas problemi yol infrastrukturunun zəifliyidir. Qış aylarında qarın qalınlığı bir neçə metrə çatır, yollar aylarla bağlanır, kənd isə tam təcrid vəziyyətinə düşür. Tarixi IX-X əsrlərə qədər uzanan bu qədim kənddə əhalinin sayı getdikcə azalır. Xüsusilə gənclər təhsil və iş dalınca şəhərlərə üz tuturlar. Hazırda Qrızda 30-40 evdə təxminən 390 nəfər yaşayır.
Proqramda həmçinin kənddə yerləşən Əbu Müslüm məscidi barədə danışılıb. Bildirilib ki, Quba rayonunun dağ kəndlərində - Qrız, Cek və Xınalıqda eyni adlı məscidlər inşa olunub. Qrızdakı məscid isə zamanla baxımsızlıq və təbii təsirlər nəticəsində qismən dağılaraq istifadəyə yararsız vəziyyətə düşüb.
Daha ətraflı videomaterialda:
Oxşar xəbərlər
Birinci Qarabağ müharibəsinin itkin şəhidi Abdulla Quliyevlə vida mərasimi keçirilib
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 33 il sonra tapılan şəhid Abdulla Novruz oğlu Quliyevlə vida mərasimi keçirilib. BA...