Türkiyəli alimdən növbəti zəlzələ ilə bağl XƏBƏRDARLIQ
Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda baş verən 6,1 maqnitudalı zəlzələdən sonra tanınmış seysmoloq Naci Görür ilk açıqlamasını verib.
BAKU.WS xəbər verir ki, o, bölgənin geoloji baxımdan parçalanmaqda olduğunu və insanların ehtiyatlı davranmalı olduğunu bildirib.
Hadisədən sonra açıqlama verən Naci Görür qeyd edib:
"Aktaş-Sındırqı (Balıkesir) ərazisində zəlzələ baş verib. Bu bölgə bir qrabenin (Gediz) şimal horst hissəsidir. Həmin horst parçalanmağa davam edir. Onsuz da bu ərazi parçalanaraq üzərində KKD (kəskin kənar dərəcəli) qrabenlərin formalaşdığı horst (Gördes, Demirci, Selendi, Uşak) kimi zəlzələlər törətməyə davam edir. Zərər görmüş evlərdən uzaq durun".
Hazırda bölgədə vəziyyət nəzarət altındadır, aidiyyəti qurumlar tərəfindən zərərçəkənlərin təhlükəsizliyi üçün tədbirlər görülür. AFAD-ın məlumatına görə, yerin təxminən 6 kilometr dərinliyində baş verən zəlzələ Balıkesirlə yanaşı İzmir, Bursa, İstanbul və Kocaelidə də hiss olunub. Zəlzələ nəticəsində sakinlər arasında böyük təşviş yaranıb.
Oxşar xəbərlər
Qadın 26 yaşında başladığı iş yerindən 91 yaşında ayrıldı
Yaponiyada qəribə hadisə yaşanıb. BAKU.WS xəbər verir ki, Yasuko Tamaki adlı qadın qeyri-adi əmək fəaliyyəti ilə "Ginnesin Rekordlar Kitabı"na imza atıb. 26 y...