VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

  

Dünən manatın dollara nisbətən 50 faiz ucuzlaşması səbəbindən ölkədə bir çox ərzaq məhsullarının qiyməti bahalaşıb. 


BAKU.WS
-in məlumatına görə, dünən axşamdan başlayaraq bəzi mağazalar satışı dayandıraraq obyektləri bağlayıb. Bəzi yerlərdə isə ərzaq məhsulları köhnə qiymətlərlə satıldığı üçün alıcılar həmin yerlərə hücum çəkiblər. Bu səbəbdən də, bu mağazalarda alıcıların əlindən tərpənmək mümkün deyildi.

  

 

 

 

 

 

 

Bu gün səhər saatlarında başlayaraq mağazaların hamısı məhsulları təxminən 50 faiz artıqla satırdılar. Köhnə qiymətlərlə müqayisədə malların 90 faizində bahalaşma müşahidə olunurdu.

BAKU.WS olaraq bir neçə mağazada olduq. Müşahidələrimiz zamanı məlum oldu ki, çörək, un, yumurta istisna olmaqla bütün malların qiymətində artım olub. Meyvə-tərəvəzlərin qiymətində 30-40 faiz, digər ərzaq məhsulların dəyərində isə 40-50 faiz artım müşahidə olunurdu.

Maraqlı məqamlardan biri də budur ki, bəzi mağazalarda satılan məhsulların qiyməti ABŞ dolları ilə göstərilirdi. Bu da qanunla qadağandır. Çünki Azərbaycanda alış və satış ancaq Azərbaycan manatı ilə edilməlidir.

 

BAKU.WS mağazalarda hazırkı vəziyyət və bahalaşmaya qədər olan qiymətləri fərqli şəkildə oxucularına təqdim edir:


 

 

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində manatın idarəolunan üzən məzənnə rejiminə keçirilməsi barədə qərar qəbul edib.


İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, bununla əlaqədar nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında məzənnə dəyişikliyilə bağlı olmayan qiymət artımı, süni mal qıtlığı və digər sui-istifadə hallarının qarşısının alınması üçün nəzarət tədbirləri gücləndirilib.
Dövlət Xidməti istehlak bazarında baş verən dəyişiklikləri diqqətlə təhlil edir və manatın məzənnəsinin dəyişməsindən sui-istifadə hallarına rast gəlindiyi təqdirdə, qanunvericiliyə uyğun tədbirlər görüləcək.

Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 21-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, dolların rəsmi məzənnəsi dəyişməyib 1,5500 manat (17 dekabr - 1,0499) manat təşkil edib. Manata nəzərən avronun kursu isə 1,16850 (17 dekabr - 1,1394) manat olub.

Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi. 01.01.2006-cı il tarixində Azərbaycan manatının

5000:1 nisbətində denominasiyası (köhnə pul nişanlarının qəbul edilmiş nisbət qaydasında yenisi ilə əvəz edilməsi, pul tədavülünün qaydaya salınması və hesablaşmaların asanlaşdırılması məqsədilə milli pul vahidinin miqyas dəyişikliyidir. Buna sadə dillə "sıfırların silinməsi” də deyilir) həyata keçirilib.

Ziya Babayev
BAKU.WS