VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Manatın dollara nisbətən 50 faiz ucuzlaşması səbəbindən paytaxtda satılan siqaret və tütün məmulatları da bahalaşıb.


BAKU.WS-in məlumatına görə, dekabrın 21-i axşam saatlarından başlayaraq Bakının bir çox mağaza və dükanların satılan siqaretlər yığışdırılmağa başlandı.

 

 

Satıcılar bunu topdansatış məntəqələrində siqaretin satılmaması ilə izah ediblər. Müəyyən mağazalarda isə siqaretlərin qiymətini özbaşına qaldırdılar.

 

 

Dünəndən başlayaraq topdansatış məntəqələrində siqaretin qiymətləri müəyyənləşdirildi. Yeni qiymətlərə əsasən bütün siqaretlərin qiymətinin üstünə 70 qəpik, 1 manat qoyaraq satmağa başladılar.

Ziya Babayev
BAKU.WS