VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


 

Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub.


 

BAKU.WS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, ötən günlə müqayisədə ABŞ dollarının məzənnəsi zəifləyib. Dolların rəsmi məzənnəsi dekabrın 8-i ilə müqayisədə 0,0004 manat və ya 0,04% azalaraq 1,0496 manat olub.

 

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası 0,0066 manat və ya 0,58% artaraq 1,1387 manata yüksəlib.


Manata nəzərən Rusiya rublunun məzənnəsi dəyişməyərək 0,0152 manat səviyyəsində qərarlaşıb.


Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi. 01.01.2006-cı il tarixində Azərbaycan manatının

5000:1 nisbətində denominasiyası (köhnə pul nişanlarının qəbul edilmiş nisbət qaydasında yenisi ilə əvəz edilməsi, pul tədavülünün qaydaya salınması və hesablaşmaların asanlaşdırılması məqsədilə milli pul vahidinin miqyas dəyişikliyidir. Buna sadə dillə "sıfırların silinməsi” də deyilir) həyata keçirilib.

Ziya Səccad
BAKU.WS