SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Aramızda elə insanlar var ki, onlar haqqında pessimist, utancaq, həvəssiz, qapanıq deyirlər. Kənardan o xasiyyət və ya tip kimi görünür və bəzən heç kimin ağılına gəlmir ki, bu xəstəlik ola bilər -Depressiya!


"Real” hospitalın həkimi Günay Osmanova BAKU.WS-ə açıqlamasında bildirib ki, depressiya insanın əhval-ruhiyyənin enməsi, ruh düşgünlüyü, gələcəyə pessimistik baxışın olması, özgüvənin olmaması, həvəssiz olması, ümidsizliyə qapılması, bütün növ aktivliyin (fiziki və psixi) azalması ilə xarakterizə olunur. Həkimin sözlərinə görə, depressiya ilə insanlar həyatdan ləzzət ala bilmirlər, yeni bir işlə məşğul olmaq istəmirlər, istəsələr də bunu bacarmırlar.

 

 

"Depressiya insanın uzun müddət psixotravmik mühitdə olması, keçirilmiş xəstəlik və hətta bəzi dərmanların uzun müddət istifadədən sonra yarana bilər. Gizli keçən depressiyalar var ki, o zaman xəstə pis əhval-ruhiyyədən və ya həyata marağın itməsindən aktiv şikayət etmir. Simptomlar gizli keçir və göz qabağında olmur”,- deyə həkim bildirib.

 


Günay Osmanovanın sözlərinə görə, çətin bir prosses olsa da, depresiya asan müalicəsi olan bir xəstəlikdir. Həkim depressiyadan çıxmağın bir neçə yolunun olduğunu deyir: "İlk növbədə həyatınızı səliqəyə salmalısınız. yuxu rejimini tənzimləməlisiniz. Neqativ emosiyalar verən verlışlərdən, filmlərdən uzaq durmaq lazımdır. qidalanmanı tənzimləmək, sizə xoş emosiyalar verən qidalar-banan, apelsin, şokolad və s. qəbul etmək gərəkir. Sizı həqiqətən anlayan və probleminizə həmdəm olan dostlarınız arasında olmağınız tövsiyyə olunur”.


Günay Osmanova deyir ki, depresiyaya düşən insan bir müddət sonra özü bu problemdən qurtula bilməyirsə, mütləq həkimə müraciət etməlidir.
"Əgər özünüz vəziyyətdən çıxa bilmirsiniz mütəxəssisə müraciyyət etməyiniz artıq vacib sayılır. Həkimin, yaxın adamların dəstəyi, xəstə özü buna maraq göstərməsə belə, xəstəliyə qalib gəlmək üçün çox vacibdir. Həyatda hər bir insanın elə dövrü olur ki, o özü onun öhdəsindən gələ bilmir. Vaxtında dəstəyin istənməsi və onu qabul etməsi, zəifliyin yox, yetişkənliyin və rasionallığın göstəricisidir”, - deyə Günay Osmanova bildirib.


Həkim çalışdığı "Real” hospitalda bu və digər problemlərdən tez yaxa qurtarmaq üçün peşəkar həkimlərin olduğunu bildirib. Onun sözlərinə görə, müraciət edən xəstələrin hamısı qısa müddət ərzində tam sağalır.

 

 

Günay Osmanova "Real” Hospitalda nevroloq və  poliklinika şöbəsinin müdiri vəzifəsində çalışır. Beynəlxalq Epilepsiya Bürosunun  və Avropa Nevroloqlar Akademiyasının qrant mükafatçısıdır. Bir çox xarici ölkələrdə təkmilləşmişdir. Onlardan bəziləri:

 


1) İnnsbruk Universitet Xəstəxanasında Nevrologiya şöbəsində təcrübə, Avstriya


2)Çexiya Respublikası,Praqa şəhərində "Baş ağrısı”,”Başgicəllənmə” və "Epilepsiya” üzrə kurslar ENS kongresi


3) Sevastopol şəhərində Gənc Nevroloqların Yay Məktəbi


4) İstanbul Tip Fakultəsinin ElektroNeyro- Miografiya(EMG)  kursu , İstanbul,Türkiyə


5) ILAE,Beynəlxalq Epilepsiya əlehinə Liqanın  6 aylıq EEG,Epilepsiya kursu


6) Avropa Nevrologlar Akademiyasının Kongresi,Parkinson xəstəliyi, Neyrootologiya, Neyrofiziologiya, Üz ağrıları üzrə kurslar Berlin,Almaniya


7) İLAE (Epilepsiya əlehinə Beynalxalq liqa) nın Epilepsiya konqresi, İstanbul,Türkiyə


8) Avropa Nevrologiya Akademiyasının Bakida Keçirdiyi təlim kursu

 


Ünvan: Bakı şəh, Yasamal rayonu, Zahid Xəlilov 99
Telefon:012-537-23-23, 055-525-23-23


Ziya Səccad

 

BAKU.WS