SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda sərnişin avtobusunda baş verən hadisə bir çoxumuz tərəfindən qınaq obyektivinə çevrildi. Kişinin qadını vurmağı, qadının kişini təhqir etməyi və ya kişilərin avtobuslarda yer verməməyi cəmiyyətimizdə problemə çevrilir. Bu problemlərin yaranmasının səbəbi isə cəmiyyətin özündən qaynaqlanır.

Bu məsələyə aydınlıq gətirmək üçün BAKU.WS-in əməkdaşı, televiziya xadimi, teletənqidçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru və Beynəlxalq Televiziya və Radio Akademiyasının həqiqi üzvü Elçin Əlibəylidən açıqlama alıb.

"Xüsusən də küçədəki oğlanların “qaqaş” rəftarı bu gün dəbdədi. Sən bu gün “qaqaş” deyilsənsə deməli cəmiyyətdən kənarda qalmısan. Artıq, “qaqaş”lıq Azərbaycan gəncliyinin simvoluna çevrilib. Savadsız, danışığını bilməyən gənclik günü-gündən artır. Sosial sorğulara baxdığımız zaman görərik ki, hamsının dilində bir söz var, “təkərə düşdüm”. Bunların təfəkkürü isə, bax elə o “təkər” səviyyəsindədir", - deyə televiziya xadimi, teletənqidçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru və Beynəlxalq Televiziya və Radio Akademiyasının həqiqi üzvü Elçin Əlibəyli deyib.

O, açıqlaması zamanı bu mövzuda KİV-ləri günahlandırıb. Açıqlaması zamanı bildirib ki:

“Sözün düzü heç kim heç kimə borclu deyil. Amma Azərbaycan kişisinin bir modeli var. Kiməsə yer vermək kişinin mədəniyyətini göstərməsidir. Təbii ki, qadın və kişi bərabər hüquqludur, amma kişinin qadına yer verməsi pis şey deyil. Kişinin oturub, qadın ayaq üstə durmağı düzgün hal deyil. Qadının zərifliyini nəzərə alıb ona hörmət etməyi yaxşı qarşılayıram.

Sözügedən videoya mən də baxdım. O mənzərəni gördüm. Oğlanın hərəkəti təbii ki, ümumiyyətlə kişilik yox heç insanlığa sığmayan bir hərəkətdir. İctimai yerdə elə davranmaq insana xas olan bir xüsusiyyət deyil. Bu heyvani bir instinkdir. Amma digər tərəfdən onunla rəftar eləyən xanımın da rəftarında çərçivələr bir qədər pozulub. Bu isə umumiyyətlə cəmiyyətin problemini üzə çıxarır. Cəmiyyətimizdə ünsiyyət problemi var. Biz bir-birimizlə ünsiyyət qurub, dil tapa bilmirik. Bununda səbəbi odur ki, cəmiyyət inteqrasiya olmayıb. KİV-lər və TV-lər ümumiyyətlə inteqrativ yolu oynaya bilməyib.

Bir az əvvələ qayıtsaq görərik ki, bütün dünya dövlətlərinin dövlətçilik tarixləri qədimə gedib çıxır. Bizim dövlətçilik tarixlərimizə baxsaq 18 və 19-cü əsrdə xanlıqlar dövrünə gedib çıxır. Xanlıqlar hər biri ayrı ayrılıqda dövlət olub. Hansısa bir xanlıqdan digər xanlığa getmək üçün neçə gün yol getmək lazım olurmuş. Bu onu göstərir ki, bunların hamısı ayrı-ayrı təfəkkürdə, mədəniyyətdə olan insanlardır. Vahid dövlət çərçivəsində biz sadəcə SSRİ dövründə birləşdik, amma bu da zorla oldu. Mənəvi birləşmə olmadı. 27 il müstəqil dövlət tariximizdə biz hələ də mənəvi birləşməni, milli ideoloji birləşməni tapa bilməmişik. Ona görə də, müxtəlif təfəkkürlü insanlar bir araya toplaçanda bir-biri ilə dil tapa bilmirlər.

Xüsusən də küçədəki oğlanların “qaqaş” rəftarı bu gün dəbdədi. Sən bu gün “qaqaş” deyilsənsə deməli cəmiyyətdən kənarda qalmısan. Artıq, “qaqaş”lıq Azərbaycan gəncliyinin simvoluna çevrilib.

Savadsız, danışığını bilməyən gənclik günü-gündən artır. Sosial sorğulara baxdığımız zaman görərik ki, hamısının dilində bir söz var, “təkərə düşdüm”. Bunların təfəkkürü isə, bax elə o “təkər” səviyyəsindədir.

Bunun günahkarı ilk növbədə təhsil və KİV-lərdir. Cəmiyyətimizi maariflərdirmək üçün sadəcə kitab oxutdurmaq lazım deyil. Bunun başqa yolları, metodları da var.

Bu gün akademik jurnlasitə “küçük” diyəndə təəcüblənmədim. Çünki, eyni cəmiyyətdə yaşayırıq. Ziyalısı da, akademiki də adi bir vətəndaşı da, həmin səviyyədədir”.

Nihat HÜSEYNZADƏ
BAKU.WS