Qərbi Azərbaycan Xronikası: Muş və Alaşkert ermənilərinin yerləşdirildiyi oğuz yurdu

Qərbi Azərbaycan Xronikası: Muş və Alaşkert ermənilərinin yerləşdirildiyi oğuz yurdu
Video
Siyasət 20

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "Muş və Alaşkert ermənilərinin yerləşdirildiyi oğuz yurdu" adlı süjet hazırlanıb.

BAKU.WS xəbər verir ki, bugünkü süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Bazarcıq, Bazarçay, Bayatlar toponimi, Bazarçay hidronimi və Bayat dağı oronimi haqqında söz açılır.

Bildirilir ki, Qərbi Azərbaycanda yerli sakinlərin deportasiyaya məruz qalmasından, qədim türk yurdlarının mədəni işğalından sonra toponimlərin adının dəyişdirilməsi prosesinə başlanılıb və unudulmayan tarixi keçmişə sahib olan bu kəndlərimiz ermənilərin məkrli niyyətinin qurbanı olub.

Vurğulanır ki, "Kitabi-Dədə Qorqud"dan günümüzə qədər qorunaraq yaşadılan yer-yurd adlarımız Çar Rusiyasına və bəd niyyətlərə söykənən ermənilər tərəfindən zaman-zaman yadlaşdırılıb: "Təbii ki, bu əməllər tarixdə başqalarına məxsus torpaqlar üzərində süni yaradılmış Ermənistan adlı dövlətin əsl mahiyyətini göstərir. Lakin əminliklə deyə bilərik ki, bu gün dünyada yaranan yeni reallıqlar ermənilərin əsl həqiqətlərlə üzləşməsi və barışması üçün tarixi imkan yaradıb".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında oktyabrın 21-də saat 19:00-da Baku TV-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

Son xəbərlər