Bakıda yeddi yaşlı uşağın ölümü ilə nəticələnən hadisənin TƏFƏRRÜATI
Sabunçu rayonunun Zabrat qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı yeni məlumatlar ortaya çıxıb.
Belə ki, sürücü Tural Süleymanlı sükan arxasında olanda qıcolma keçirib, bu zaman avtomobil qonşunun darvazasına çırpılıb. T.Süleymanlı ağır bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb, azyaşlının həyatını isə xilas etmək mümkün olmayıb.
T.Süleymanlının xalası Esmira Cəfərova hadisə ilə bağlı jurnalistlərə açıqlama verib.
"Qışqırıq səslərini eşidib hadisə yerinə gəldim. Gördüm ki, uşağı maşından düşürtdülər, anasının yanına qaçdı. O, xəsarət almasa da, qorxudan rəngi ağarmışdı. Sonra uşağı epilepsiya tutdu. Xəstəxanaya aparılan zaman yolda nəbzi dayandı", - o söyləyib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Oxşar xəbərlər
Ankarada Cümhuriyyət Qülləsində Azərbaycan bayrağı proyeksiya olunub
20 Yanvar faciəsinin ildönümündə Türkiyənin paytaxtı Ankaranın Keçiören Bələdiyyəsi həmrəylik və başsağlığı əlaməti olaraq üçrəngli Azərbaycan bayrağını Cümhuri...