Avropanı heyrətə salan Azərbaycan kəndi: Simens imperiyası bizə nə qazandırdı?

Simenslər XIX əsrdə dünyanın bir çox yerlərində, o cümlədən Azərbaycanda mühüm iz qoymuş alman sənayeçiləri idilər.
Onlar əvvəlcə teleqraf xətlərinin çəkilməsi ilə məşğul olsalar da, sonradan Azərbaycanın mis, qızıl və gümüş kimi zəngin təbii sərvətləri Simenslərin diqqətini cəlb edir. Bakıda ilk dəfə Valter Simens fəaliyyətə başlayır və qısa müddətdə neft yataqlarının, zavodların sahibi olur.
Verner Simens isə Qafqaz səfəri zamanı Gədəbəyin böyük sənaye potensialını görərək sözügedən ərazidə misəritmə zavodunun tikintisinə başlayır və bura iki milyon çar rublu sərmayə yatırılır. Məlumatlara görə, Çar Rusiyası ərazisində ilk elektrik stansiyası da Azərbaycanda tikilib.
1883-cü ildə Qalakənd kəndində elektrik işığından istifadə edilərkən Avropanın mərkəzi şəhərlərində kerosin lampaları işlədilirdi. Simenslər həmçinin bölgədə bazar, xəstəxana, kitabxana, yollar və teleqraf xətləri tikdirərək yerli inkişafa böyük töhfə veriblər.
Onların fəaliyyəti nəticəsində Gədəbəy və ətraf bölgələr təkcə mədənçilik deyil, həm də elm, texnologiya və sosial tərəqqi mərkəzinə çevrilib.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Oxşar xəbərlər
Bakıda yeddi yaşlı uşağın ölümü ilə nəticələnən hadisənin TƏFƏRRÜATI
Sabunçu rayonunun Zabrat qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı yeni məlumatlar ortaya çıxıb. Belə ki, sürücü Tural Süleymanlı sükan ar...
