Bakıda min nəfər şagirdi olan məktəbin işığı yanmır, suyu da gəlmir

Su kəsilib, məktəbin sanitar qovşaqları daşınma su ilə təmizlənir. Dərsləri elektron lövhələrlə keçmək mümkün deyil. Çünki, minə yaxın şagirdi olan bu təhsil ocağında - paytaxtın Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən 327 nömrəli tam orta məktəbdə, iki həftədir, elektrik enerjisi kəsilib.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, valideynlər deyirlər ki, uşaqlar antisanitariya şəraitində təhsil alırlar. Biz həm onların sağlamlığından, həm də keyfiyyətsiz aldıqları təhsildən narahatıq, bu vəziyyət onların imtahan nəticələrinə də təsir edəcək.
Məktəbə gələn xətlər elektrik dirəyindən ayrılıb, təhlükəli vəziyyətdə aşağı sallanır.
"Azərişıq" Açıq Səhmdar Cəmiyyətindən bildirilib ki, məsələnin onlara aidiyyəti yoxdur. Problem məktəbin özünün şəbəkəsinə aiddir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə bildirildi ki, 327 saylı tam orta ümumtəhsil məktəbində elektrik enerjisinin verilməsində yaranmış fasilə ilə bağlı aidiyyəti üzrə müvafiq qurumlara müraciət olunub.
Məsələnin həll edilməsi üçün zəruri tədbirlər həyata keçirilir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Oxşar xəbərlər
Nəsimidə sakinləri təngə gətirən YOL PROBLEMİ
Nəsimi rayonu, Hənifə Ələsgərov, 11 ünvanında yaşayan sakinlər yol problemindən şikayətçidirlər. Onların sözlərinə görə, məsələ ilə bağlı aidiyyəti qurumlara mü...
