Bulvar ərazisinə girərək qəza törədən "BakuBus" sürücüsünün səhhətində problem yaranıbmış

Bulvar ərazisinə girərək qəza törədən BakuBus sürücüsünün səhhətində problem yaranıbmış
Video
Sosial 1362

Bu gün saat 10:51 radələrində Neftçilər prospekti istiqamətində, Bulvar ərazisi yaxınlığında "BakuBus" MMC-yə məxsus 125 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan 99-JU-809 dövlət qeydiyyat nişanlı avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS xəbər verir ki, bu barədə "BakuBus" MMC-dən məlumat verilib.

Bildirilib ki, avtobusun sürücüsünün səhhətində qəfil narahatlıq yaranıb və o, nəqliyyat vasitəsini dayandırmağa cəhd etsə də, idarəetməni itirərək avtobusu Bulvar ərazisinə tərəf yönəldib. Hadisə nəticəsində sərnişinlər arasında xəsarət alan olmayıb. Sürücüyə ilkin tibbi yardım göstərilməsi üçün dərhal Təcili Tibbi Yardım Xidməti çağırılıb.

***11:22

"BakuBus" şirkətinə məxsus sərnişin avtobusu idarəetməni itirərək Qız Qalası istiqamətindən Bulvar ərazisinə daxil olub.

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.

Hadisə nəticəsində xəsarət alan olmasa da ağaclar, reklam lövhəsinə ciddi ziyan dəyib. Həmçinin işıq dirəyi də aşıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakıda avtobuslar gecə saat 23:00-dan sonra işləmirlər? – Sərnişinlərdən şikayət

Bakıda avtobuslar gecə saat 23:00-dan sonra işləmirlər? – Sərnişinlərdən şikayət

Son vaxtlar Bakıda sərnişindaşımada yaranan problemlər bitib-tükənmir. Bu problemlərdən biri də sərnişin avtobuslarının gecə saat 11-dən sonra işləməməsidir. Və...

65 Sosial 00:20 21 oktyabr 2026

Son xəbərlər