VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Anadolu agentliyi bu il Azərbaycanda keçirilmiş qəbul imtahanlarında maksimum nəticə göstərərək 700 bal toplayan abiturientlər haqda reportaj hazırlayıb.
 
BAKU.WS-in məlumatına görə, Azərbaycanda fəaliyyət göstərən Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyinin uğurları bununla yekunlaşmır. Liseyin imtahanda iştirak edən bütün şagirdləri universitetə qəbul üçün haqq qazanıb.
 
İmtahanda 700 tam bal toplayaraq birincisi olan Kamran Abdurrahimov Bakı Dövlət Universiteti Hüquq Fakültəsinə daxil olub. 695 bal toplayan Fərid Çələbi isə həm Toronto Universiteti həm də Marmara Universitetində Elektrik Mühəndisliyi bölümlərinə daxil olub. Safiyə Muhayəttin isə Konya Səlcuq Universiteti Sosiologiya bölümünə daxil olub. 

TDV Bakı Türk Liseyi müdiri Kadir Bektaşoğlu, liseyin müəllimi Faiq Əhmədzadə təhsildə qazandıqları bu uğurlar haqqında danışıblar. Daha sonra yüksək nəticə əldə edən lisey məzunları ilə xatirə şəkili çəkilib.
 

 

 

 

BAKU.WS