VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 16-dan başlayaraq Astara Rayon Mərkəzi Xəstəxanasında əhalinin tibbi müayinəsi ilə əlaqədar humanitar aksiya keçirilir.
 
Səhiyyə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, humanitar aksiya çərçivəsində Mərkəzi Neftçilər Xəstəxanasının və Respublika Diaqnostika Mərkəzinin həkim briqadaları tərəfindən Astara şəhərində, rayonun qəsəbə və kəndlərində 800 nəfərə yaxın insanın tibbi müayinədən keçməsi təmin edilib, rayon Mərkəzi Xəstəxanasında isə bir neçə əməliyyat icra olunub.
 
Oktyabrın 29-da tibbi aksiya çərçivəsində Astara Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə böyrək transplantasiyası kimi mürəkkəb əməliyyat icra olunub.
 
Rayonun Kijəbə qəsəbə sakini 1988-ci il təvəllüdlü, xroniki böyrək çatışmazlığıdan əziyyət çəkən Babayeva Vüsalə Elşad qızı üzərində canlı donordan - anası 1966-cı il təvəllüdlü Qənbərova Nazilə Əyyub qızından götürülmüş böyrək köçürülməsi əməliyyatı həyata keçirilib.
 
Əməliyyat uğurlu olub. Hazırda xəstəxananın reanimasiya şöbəsində olan ana və qızının vəziyyətinin yaxşı olduğu bildirilir.
 
Əməliyyat 4 saata yaxın davam edib. Həkimlər donorun gələcək həyatı üçün hər hansı bir təhlükənin olmadığını bildirirlər.
 
Şahin Həbibov
BAKU.WS