Bir gündə iki işğal

Bir gündə iki işğal
Hadisə 1968

Avqustun 23-ü Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasından 22 il ötür. 

BAKU.WS-in məlumatına görə, 1993-cü il avqustun 23-də Füzuli rayonunun mərkəzi və 51 kənd işğal olunub.

Rayonun ümumi sahəsi 1386 kv.km-dir.

Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd var. Qəsəbələrdən 12-si işğaldan azad olunmuş ərazidə yeni salınmış və məcburi köçkün ailələri müvəqqəti olaraq həmin qəsəbələrdə yerləşdirilib. Hazırda ərazidə 51 min məcburi köçkün məskunlaşıb.

Bu gün həm də Cəbrayıl rayonunun işğal olunduğu gündür. 105 min kv.km-ə yaxın ərazisi olan Cəbrayıl rayonu 1930-cu ildə yaradılıb.

Rayon işğal olunarkən 250 nəfərə yaxın adam həlak olub, 91 nəfər itkin düşüb, 177 nəfər əlil olub.

Ümumilikdə Azərbaycan torpaqlarının 20 faizi ərazisi işğal altındadır.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər