Əməkdar artist Elza Seyidcahan seçki kampaniyası davam edir. 

BAKU.WS məlumat verir ki, müğənni "Nə gec, nə tez, tam zamanında gəldim” şüarı ilə təbliğat kampaniyasına başlayıb. Əməkdar artistin təşviqat plakatları namizəd olduğu ərazinin müxtəlif yerlərində yayılıb. 
 
PAZ avtobusu ilə təbliğat təşviqat kampaniyası aparan müğənni seçicilərlə bir-bir görüşərək onlarla söhbət edir.  

Qeyd edək ki, E.Seyidcahan öz namizədliyini 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən irəli sürüb.
 
BAKU.WS