3 günə 3 mindən çox sürücü radara düşdü - VİDEO

3 günə 3 mindən çox sürücü radara düşdü - VİDEO
Video
Sosial 4652
 

Yol polisi avtomobilini sığorta etdirməyən 3 mindən çox sürücüyə protokol yazıb. 

BAKU.WS məlumat verir ki, bu barədə Xəzər Tv-yə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib. O deyib ki, ayın 7-dən indiyə kimi 3266 sürücü cərimələnib.

Qeyd edək ki, nəqliyyat vasitəsini icbari sığorta etdirməyən sürücülər -fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilirlər. Qanunvericiliyə əsasən, icbari sığortaya görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır. Bu müddət ərzində müqavilə bağlanmazsa avtonəqliyyat vasitəsinin sahibinə təkrar elektron protokollar tərtib ediləcək.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər