3-cü doza vaksinin vurulması mütləqdir? - TƏBİB-dən açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“3-cü doza vaksinin vurulması yeni metod deyil. Bu, əldə olunmuş dozanın daha uzun müddət orqanizmdə qalması üçün bir tövsiyədir. Peyvəndin 6-8 ay müddətində qoruyuculuğu təsdiqlənib. 6 aydan sonra əlavə dozanın istər xəstəliyi keçirən, istərsə də vaskin olunan şəxsdə immunitetin daha uzun müddət qalmasını təmin edir. “Sinovac” şirkəti məlumat yayıb ki, yaşlı insanlar 3-cü dozanı 6 aydan sonra vurdurduqda qanda hemoqlobinin sayını artırır. Ona görə yaşlı insanlara, o cümlədən tibb işçilərinə əlavə - yəni 3-cü doza vaksinlər vurulsa, yaxşı olar”.
BAKU.WS xəbər verir ki, bu sözləri TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bu gün keçirilən Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
Oxşar xəbərlər
"İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanun təsdiqlənib
Prezident İlham Əliyev "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanunu təsdiq edib. BAKU.WS xəbər verir ki, qanun Azərbaycan Respu...