VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
İrandan Azərbaycana idxal olunan toyuq məhsullarına qoyulmuş qadağa aradan qaldırılıb.

Bunu BAKU.WS-ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib. Y.Xanvəli ölkəmizə xaricdən idxal olunan ət və ət məhsullarında nöqsan aşkarlanmadığını bildirib:

"Ölkəmizə İran daxil bir neçə xarici ölkədən ət və ət məhsulları, damazlıq yumurtalar daxil olur. Gətirilən məhsullar Gömrükdən keçərkən Gömrük komitəsinin laboratoriyasında, daha sonra Respublika Baytarlıq Laboratoriyasında müayinədən keçirilir. Hər hansısa bir nöqsan aşkar olunarsa satışa buraxılmır”.

"May ayında quş qripi ilə əlaqədar olaraq İranın bir vilayətindən, Mazandaran vilayətindən toyuq və toyuq məhsullarının idxalına qadağa qoyulmuşdu. Ancaq, bu digər vilayətlərə şamil olunmamışdı. Təbrizdən və digər şəhərlərdən ölkəmizə mütəmadi olaraq toyuq və toyuq məhsulları, damazlıq yumurtalar idxal olunub və davam etməkdədir. Mazandaran vilayəti ilə bağlı qadağa isə artıq aradan qaldırılıb” deyə Yolçu Xanvəliyev bildirib.
 
Ayşən Ayxan
BAKU.WS