VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Oktyabrın 17-dən etibarən "Baku-Bus” MMC-nin 2 saylı marşrut avtobusu iki gün test rejimində, oktyabrın 19-dan isə tam olaraq fəaliyyətə başlayacaq.

BAKU.WS Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə istinadən məlumat verir ki, 2 saylı marşrut avtobusunun hərəkət cədvəli – "20 Yanvar” metro stansiyasi – Tbilisi prospekti – C.Cabbarlı küçəsi – Ş.Qurbanov küçəsi – Ş.Bədəlbəyli küçəsi – S.Rüstəm küçəsi – Dilarə Əliyeva küçəsi – Puşkin küçəsi – Neftçilər prospekti – Y.Səfərov küçəsi – Heydər Əliyev prospekti – İ.Hidayətzadə küçəsi – Çernyayevski küçəsi – A.Neymətulla küçəsi – Təbriz küçəsi – "N.Nərimanov” metro stansiyası – Ə.Rəcəbli küçəsi – "Elit” ticarət mərkəzi – Ə.Rəcəbli küçəsi – Z.Bünyadov prospekti – Atatürk prospekti – Z.Bünyadov prospekti - Arxiv idarəsi olacaq.

Əks istiqamətdə isə Arxiv idarəsi - Z.Bünyadov prospekti - Atatürk prospekti - Z.Bünyadov prospekti - Ə.Rəcəbli küçəsi - "N.Nərimanov” metro stansiyası - Təbriz küçəsi - A.Neymətulla küçəsi - Heydər Əliyev prospekti - Y.Səfərov küçəsi – Ü.Hacıbəyov küçəsi - Puşkin küçəsi - Dilarə Əliyeva küçəsi - S.Rüstəm küçəsi – Füzuli küçəsi - Ş.Qurbanov küçəsi – Z.Əhmədbəyov - Tbilisi prospekti - "20 yanvar” metro stansiyasi olacaq.
 
BAKU.WS