VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ötən gün prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.


BAKU.WS-in məlumatına görə, kütləvi informasiya vasitələrində qeyd olunur ki, keçirilən toplantıda nəqliyyat naziri Ziya Məmmədov iştirak etməyib. Kütləvi informasiya vasitələrində qeyd edilir ki, bu nazirin faktiki olaraq səlahiyyətlərinin əlindən alınmasının növbəti göstəricisi kimi izah olunur.


Qeyd edək ki, bundan bir neçə gün öncə Ucar rayonunda yeni yolun açılışında da Z. Məmmədov iştirak etməmişdi.


Məsələyə aydınlıq gətirmək üçün Nəqliyyat Nazirliyilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov BAKU.WS-ə açıqlamasında bildirdi ki, mətbuatda yayılanlar sadəcə cəfəngiyyatdır. Nazirlik rəsmisinin sözlərinə görə Ziya Məmmədov iclasa ölkədə olmadığı üçün qatıla bilməyib.

"Ziya Məmmədov oktyabrın 23-nə qədər əmək məzuniyyətindədir. Nazir Bakıda deyil, xaricdədir”, - deyə Namiq Həsənov bildirib.

Ziya Səccad

BAKU.WS